Azərbaycanla Rusiya arasında Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Ə.Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova arasında görüş keçirilib. Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.
Daha sonra "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi olub. Səfər çərçivəsində nazir Ə.Qarayevin Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinski ilə də görüşü nəzərdə tutulur.

Oxşar yazılar

Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03
AYB-dən İlham Əliyevə məktub
11 avqust 2025 , 12:31