Yunan qızdan xanəndəmizə qeyri-adi təklif - FOTO
Yunanıstanda keçirilən Üomex festivalında iştirak edən xanəndə Qoçaq Əsgərov Bakıya dönüb. Qoşaq Əsgərovun Lent.az-a verdiyi məlumata görə, artıq iki gündür, xarici mətbuat Azərbaycan musiqisindən və musiqiçilərindən bəhs edir: “Üomex yarmarka xarakterli bir festivaldır. Münsiflərin seçimi ilə 6-lığa düşən musiqiçilər festivalın əsas iştirakçısı hesab olunub ki, bunlardan biri də mən idim. Oktyabrın 21-də həmin 6 ifaçının müəyyən fasilələrlə çıxışı oldu. Minlərlə tamaşaçının izlədiyi konsertə əsasən, müxtəlif ölkənin peşəkar musiqiçiləri, ziyalıları toplaşmışdı. Mənim 45 dəqiqəlik çıxışımdan öncə BBC-nin aparıcısı Lusi Duran Azərbaycan, onun musiqisi haqqında 15 dəqiqə çıxış etdi. 2 dəfə ölkəmizdə qonaq olan Duran təəssüratlarını çatdırdı. Bizim çıxışımızı publika hərarətlə qarşıladı. Festivalın keçirildiyi məkanda bayırda, açıq havada müxtəlif ölkələrin musiqiçilərinin konserti keçirilirdi. Biz çıxan zaman pakistanlı musiqiçilər oxuyurdu. Əsas ifaçı Rza Xanın sonradan ölkəsində məşhur biri olduğunu öyrəndim. Əvvəlcə, bunu konsertə hazırlıq zənn edib, qoşuldum onlara. Musiqi deyişməsi oldu. Pakistanlılar gördü ki, Azərbaycan musiqiçi və musiqiçiləri ilə tədbirin çoşqusu artdı. Bir neçə gün sonra amerikalı bir bəstəkar Rza Xanla deyişən zaman məni izlədiyini və əməkdaşlıq etmək istədiyini bildirdi”.
Qoçaq Əsgərovun dediyinə görə, onların çıxışı festivalın təsisçisini də maraqlandırıb. Onlara təşəkkür üçün yaxınlaşan təsisçilərdən biri azərbaycanlı ifaçının istedadını əllərindən öpməklə izhar edib. Bu, festivalın bağlanışı günü olub və həmin tədbirə Qoçaq Əsgərov səfərin təşəbbüskarı, YUNESKO-nun eksperti Sənubər Bağırova ilə birgə qatılıb.
Yunanıstanlı təmsilçinin musiqiçilərimizə etirafı isə bir başqa olub. Sazla ifasına görə tanınan həmin xanım Qoçağa yaxınlaşaraq, “mən ölərkən, dəfnimdə Azərbaycan musiqisinin səslənməsini istəyərdim” deməklə, heyətlə əməkdaşlıq arzusunu bildirib.
Jalə

Oxşar yazılar

Roma imperiyası niyə dağıldı? - Alimlər AÇIQLADI
3 may 2025 , 20:15
Azərbaycanda aktyor ağır xəstəlikdən vəfat etdi
3 may 2025 , 10:37
Yorğunluğunuzu azaldacaq 6 komediya serialı -VİDEO
3 may 2025 , 10:26
Nəfəsinizi kəsəcək ən yaxşı həyəcan filmləri
1 may 2025 , 19:58
“Rəşad Dağlının övladlarını sevindirdik, demədik ki, əfv olunsun” - Ağamirzə ilə MÜSAHİBƏ
1 may 2025 , 14:12
Robotlar, cəsuslar... - Sizə həyəcan verəcək 5 film -VİDEO
1 may 2025 , 13:16
Dahilərdən günahkarlıqla bağlı 10 sitat
1 may 2025 , 10:14