Prezident İlham Əliyev Bülbülün abidəsinin açılışında iştirak etdi
Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumatına görə, prezident İlham Əliyevə məlumat verilib ki, abidənin müəllifi əməkdar incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan hazırlanmış abidənin postamentlə birlikdə hündürlüyü 4,6 metrdir. Prezident İlham Əliyev abidənin üzərindəki örtüyü götürüb.
Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri Robert Koerner, görkəmli müğənninin oğlu Polad Bülbüloğlu Azərbaycan musiqi sənətinin inkişafında Bülbülün əvəzsiz xidmətlərindən danışıblar. Polad Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Bülbülün ailə üzvləri adından dövlət başçısına minnətdarlığını bildirib.

Oxşar yazılar

Tanınmış yazıçı vəfat etdi
14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM
14 avqust 2025 , 13:15
Şair Kəramət Şükürov küçədə ölü tapıldı - YENİLƏNİB
13 avqust 2025 , 23:12
Məmməd İsmayıl palataya köçürüldü - YENİLƏNİB
13 avqust 2025 , 22:37
Şəmistan Əlizamanlının yeni marşı çıxdı -VİDEO
13 avqust 2025 , 13:49"... şərtləri qəbul edərlərsə, gələrəm" - Cahangir Novruzovla MÜSAHİBƏ
11 avqust 2025 , 13:03
AYB-dən İlham Əliyevə məktub
11 avqust 2025 , 12:31