Niyazi və Fikrət Əmirov Macarıstanda anıldı –
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında tanınan nümayəndələri Maestro Niyazi və Fikrət Əmirovun yubileyləri qeyd olunub. Azərbaycanın Macarıstandakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, Budapeştin məşhur “Dunay” simfonik orkestri ölkəmizin tanınmış incəsənət ustaları ilə birlikdə maestro Niyazinin 100, Fikrət Əmirovun 90 illik yubileyləri münasibəti ilə böyük konsert proqramı ilə çıxış edib.
Konsertin əvvəlində səfir Vilayət Quliyev çıxış edərək XX əsr Azərbaycan musiqi mədəniyyətinin keçdiyi zəngin inkişaf yolu, ünlü sənətkarlar Niyazi və Fikrət Əmirovun Azərbaycan və dünya musiqi sənətinə verdikləri böyük töhfələr barəsində danışıb.
Azərbaycanın xalq artisti, Opera və Balet Teatrının dirijoru Yalçın Adıgözəlovun rəhbərliyi altında orkestr Niyazinin “Rast” simfonik muğamını, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, “Kürdovşarı” simfonik muğamlarını və “Nəsimi” baletindən süitanı böyük müvəffəqiyyətlə ifa edib.
Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, xalq artisti Azər Zeynalov və əməkdar artist Gülnaz İsmayılova yubilyarların əsərlərindən vokal partiyaları ustalıqla ifa ediblər. Fikrət Əmirovun “Sevil” operasından Sevilin və Balaşın ariyaları və dueti, Niyazinin “Arzu” romansı tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb..
Budapeştin mərkəzindəki “Duna Palota” sarayında keçirilən yubiley konsertində Macarıstan incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, musiqi həvəskarları iştirak ediblər.

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10