Azərbaycanlı rəssam şok açıqlamalar verdi
Lent.az-ın məlumatına görə, Rəssamlar İttifaqının Vəcihə Səmədova salonunda keçirilən tədbirdə rəssamın əl işlərindən ibarət sərgi haqqında geniş məlumat verilib.
Tədbirdə KİV-lərin azlığından şikayətlənən vəkil Aslan İsmayılov jurnalistləri mədəniyyət və incəsənətə ögey yanaşmaqda günahlandırıb: “Əgər burada Röya, yaxud da Faiq Ağayev gəlsə idi, yəqin ki, 100-dən çox jurnalist gələrdi. Mədəniyyət və incəsənət sahəsindən biz uzaq gəzirik. Bu, hallar bizi məyus edir”.
Aslan İsmayılov İmran Nur-Əlinin yaradıcılığından geniş söhbət açıb. O, rəssama layiq olunan diqqətin göstərilmədiyini bildirib. Vəkil həmçinin onu da əlavə edib ki, İmran Nur-Əlinin dünyanın bir çox ölkələrində fərdi sərgisi açılıb.
Daha sonra İmran Nur-Əli öz yaradıcılığından danışıb. Çıxışına divarda asılan məşhur ispan rəssamı Salvador Dalinin “Geopolitik uşaq doğulan yeni adama baxır” tablosu haqqında danışmaqla başlayıb. O, bildirib ki, rəssamın şəkildə göstərdiyi dörd adamdan biri də məhz odur: “Salvador Dalinin çəkdiyi rəqəmlərdən ibarət portretə nəzər yetirsək, buna bir daha əmin olarıq. Rəsmdə göstərilən daha iki rəssam isə hələ doğulmayıb”. Özünün qeyri-adi gücə malik olduğunu söyləyən rəssam bildirib ki, o, çəkdiyi portretlərin eskizlərini yuxuda olarkən alır.
Qeyd edək ki, sərgi 7 gün davam edəcək. Sərginin Moskvada, daha sonra isə Amerikada keçirilməsi nəzərdə tutulub.
Jalə Məmmədli

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10