
“Rafiq Tağı öldü, gəlin müsahibə verin...”
Rafiq Tağı öldü...
Rafiq Tağı öldü, gəlin müsahibə verin,
Əlinizə imkan düşüb, maraqlı xatirələr danışın...
Şərif Ağayar desin ki,
Rafiq Tağı mənim hekayələrimi oxuyanda ağlayırdı....
Yubanan olmasın, Azadlıq Radiosu veriliş hazırlayır,
Çıxış edərkən orda, nə olar, qalın geyinməyin -
Rafiq Tağının oğlu baxar sizə,
Ağlar...
Rafiq Tağı öldü,
niyə ekranda siz yekə görünürsünüz,
Dostu ölənə oxşamırsınız...
Burnu yekə, başı yekə, başının tükü kəndir görünürsünüz,
Axı siz Rafiq Tağını necə sevə bilərsiniz...
Rafiq Tağı haqqında danışan gərək qarışqa boyda olsun,
Özü də ora-bura qaçsın
Üşüsün,
Yuvasını axtarırmış kimi
Yuvasını tapmamış kimi...
Rafiq Tağı öldü,
İlahi... siz nə gözəl danışırsınız
Elə bil uzun müddət məşq eləmisiniz...
Mən sizdən şübhələnirəm, məndən qaçın,
Deyəsən siz demokrat olmaq istəyirsiniz...
Xəbər verin deputatlar gəlsin,
Kameralar hazırdı...
Yeddi divar o üzə
Rafiq Tağının qızı
“Ata, ata...” yazırdı
göz yaşıyla yanaqlarına.
Siz Allah, güldürməyin o qızı...
Oxşar yazılar

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17
Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13