Mehriban Əliyeva Türkan Şorayla görüşdü - FOTO
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Türkiyənin tanınmış aktrisası Türkan Şorayla görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, əvvəlcə Türkan Şoray Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı filmə baxıb. Film Fondun təhsil, səhiyyə sahələrində həyata keçirdiyi, mədəniyyətimizin inkişafına, milli mədəni irsimizin qorunmasına yönələn layihələrindən bəhs edir.
Sonra Mehriban Əliyeva tanınmış aktrisa Türkan Şorayla görüşüb.
Azərbaycanın birinci xanımı türkiyəli məşhur sənətçini salamlayaraq onu Heydər Əliyev Fondunda görməkdən şad olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanda Türkan Şoraya böyük sevgi və hörmətlə yanaşıldığını söyləyib və onu “canlı əfsanə” adlandırıb. Mehriban Əliyeva sənəti ilə dünyada məşhur olan Türkan Şorayla tanışlıqdan məmnunluğunu bildirib.
“Azərbaycana gəlməyi çoxdan arzulayırdım”, - deyən Türkan Şoray bu arzusunun reallaşmasından özünü xoşbəxt hiss etdiyini söyləyib. Azərbaycana uzun illər əvvəl gəldiyini xatırladan tanınmış aktrisa kino sənəti ilə bağlı yeni nəşr edilən kitabını Mehriban Əliyevaya təqdim edib.

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10