Teatrsevərlərin bayramı başladı -
Noyabrın 27-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Gənclər və İdman, Mədəniyyət və Turizm nazirliklərinin, Azərbaycan-Amerika Alyansının dəstək verdikləri, ekologiya mövzusuna həsr olunan Gənclərin II Ümumrespublika Teatr Festivalının final mərhələsinin təntənəli açılış mərasimi keçirilib. Lent.az-ın məlumatına görə, mərasim ötən ilki festivalın qalib komandası “Q.A.T.A.R” yaradıcılıq qrupunun ekologiyaya həsr etdikləri etüdlə başlayıb.
Daha sonra çıxış edən festivalın ideya müəllifi və rəhbəri, millət vəkili Jalə Əliyeva bildirib ki, festivalı təşkil etməkdə məqsəd teatr sənətinin inkişafı ilə birgə, gəncləri düşünməyə dəvət etməkdir: “Ötən il bizim festival milli qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr edilmişdi. Bu il isə festivalın mövzusu ekologiyaya həsr olunub. Biz istəyirik ki, ətraf mühitin mühafizəsi və ekologiya üzərində daha çox yaradıcı gənci düşündürək. Teatra gələn gənclərimiz Vətəni sevməyin yolunu, onun hər daşını, küçəsini, guşəsini, ağacını, çiçəyini sevməkdən başladığını səhnədə öz gözləri ilə görsünlər”.
Festivalın icraçı direktoru Ramil Ağasiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov festival müddətində görülmüş işlər haqqında geniş məlumat veriblər.
Festivalın himni ilə bağlı elan olunan müsabiqənin nəticəsi də açıqlanıb. “Dünya bizim evimizdir” adlı himn Dassen Ayaz və Fəqanın təqdimatında festivalda iştirak edən komandalarla birgə tamaşaçılara təqdim edilib.
Festivalın ilk günü 4 komanda –“Ağacın səsi”, “Müdaxilə”, “Zibil düşüncə”, “Oksigen balonu” komandaları çıxış edərək, öz tamaşalarını təqdim ediblər.
Qeyd edək ki, üç gün ərzində tamaşalara baxış keçiriləcək və nüfuzlu münsiflər heyəti tərəfindən I, II və III yerlərin sahibləri, habelə ən yaxşı rejissor işi, ən yaxşı ssenari, ən yaxşı baş rol ifaçısı, ən yaxşı qadın rolunun müəllifi seçilib qiymətləndiriləcək.
Festivala noyabrın 30-da yekun vurulacaq.
Festivalın informasiya dəstəyi Lent.az və Guney.az xəbər saytları, Araz FM radiosudur.
Jalə Məmmədli

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10