“Biz zibilə düşdük” -
Lent.az-ın məlumatına görə, bununla bağlı Dövlət Gənc Tamaşaçılar Teatrında qala –konsert təşkil edilib. Mərasimdə festival zamanı adları gizlin saxlanılan münsiflər heyətinin adları açıqlanıb. Bunlar, Azad Şükürov, Həmidə Ömərova, Şeyx Əbdül, Sənubər İsgəndərli, Vasif Babayev, Sevda Teymurova, Bəhram Osmanov olub.
Daha sonra layihənin rəhbəri, millər vəkili Jalə Əliyeva çıxış edərək festival haqqında danışıb. Festivalda əməyi keçənlərin hər birinə ayrı-ayrılıqda təşəkkür edən millət vəkili bildirib ki, sözügedən festival davamlı olaraq keçiriləcək. Festivalın icraçı direktoru Ramil Ağasiyev festivalın təşkilat komitəsi adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ekologiyaya xüsusi diqqət ayırdığı üçün təşəkkür məktubunu oxuyub.
Münsiflər heyətinin çıxışından sonra festivalın qalibləri mükafatlandırılması başlayıb. İlk olaraq həvəsləndirici mükafatla Zərdab və Ağdam truppaları mükafatlandırılıb.
Festivalın “Ən yaxşı aktrisası” nominasiyası üzrə Səbinə Hacıyeva, “Ən yaxşı aktyoru” Elgün Həmidov, “Ən yaxşı ssenaristi” adına 13 yaşlı Ayla Qasımzadə layiq görülüb.
Daha sonra əsas mükafatlar təqdim olunub. Beləliklə, münsiflərin səs verməsinin nəticələrinə əsasən, birinci yerin qalibi Ucar rayonun “UMEO” truppasının “Biz zibilə düşdük” tamaşası layiq görülüb. Qaliblərə 3 min manat pul, diplom təqdim edilib. İkinci yer Mononim truppasının “Yaşıl qan”, Üçüncü yer isə “Simsar” truppasının “Müdaxilə” tamaşası layiq görülüb. Qeyd edək ki, ikinci yerin qalibinə iki min, üçüncü yerin qalibinə isə min manat məbləğində pul mükafatı təqdim edilib.
Festivalda iştirak edən 5 nəfər azyaşlı isə Jalə Əliyeva tərəfindən xüsusi mükafatla təltif edilib.
Festivala Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan-Amerika Alyansının dəstək verir.
Qeyd edək ki, layihənin informasiya dəstəyi AZTV, Araz FM radiosu, Lent.az və Güney.az xəbər saytlarıdır.
Jalə Məmmədli

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10