“Bakılı oğlan” Böyük Teatrda debüt etdi
0
0
Tanınmış opera müğənnisi Elçin Əzizov Moskvada Böyük Teatrda debüt edib. Lent.az-ın məlumatına görə, müğənnimiz “Boris Qodunov” operasında Modest Musorqskinin eyniadlı librettosunu ifa edib.
Qeyd edək ki, Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. ADMİU-nin rejissorluq fakültəsində, Bakı Musiqi Akademiyasının vokal şöbəsində, "Motsareum" Universitetinin yay Akademiyasında təhsil alıb. 2007-ci ildən isə Qalina Vişnevskayanın opera studiyasında çalışıb. Müxtəlif opera tamaşalarında iştirak edib, filmlərə çəkilib.
Elçin Əzizov vaxtı ilə “Parni iz Baku” komandasında fəaliyyət göstərib.
Jalə