“Azərbaycan, odlar ölkəsi” Romada nümayiş etdirilib-FOTO
Dekabrın 3-də Romanın Sala Umberto Teatrında “İtalian Multimedia Group Srl” şirkəti tərəfindən çəkilmiş “Azərbaycan, odlar ölkəsi” adlı sənədli filminin təqdimatı keçirilib.
Lent.az-ın Azərbaycanın İtaliyadakı səfirliyinə istinadən məlumatına görə, 55 dəqiqədən ibarət və 5 dildə hazırlanmış film səfirliyin təşəbbüsü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib. Filmin çəkiliş qrupu bu məqsədlə Azərbaycana bir neçə dəfə səfər edib. Bu filmin gələn ilin yanvar ayında İtaliyanın aparıcı televiziya kanalı olan “Rai 1” kanalında göstərilməsi nəzərdə tutulur.
Tədbirə İtaliyanın məşhur səyahət jurnalı olan “Dove Viaggi” jurnalının baş redaktoru Loredana Tartalya aparıcılıq edib. Azərbaycan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, İtaliya Regional Məsələlər, Turizm və İdman Nazirliyinin katibliyinin rəisi Antonella Albamonte, filmin yaradıcı heyətinin üzvü Laura Korsiko çıxış ediblər.
Təqdimatın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb və film nümayiş olunub.

Oxşar yazılar

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
4 avqust 2025 , 15:18
Keçmiş məşhur futbolçunun qızı "Aclıq oyunları" filmində baş rolda çəkiləcək
4 avqust 2025 , 14:48
Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB
4 avqust 2025 , 14:20
Anar ağlayaraq: "Taleyin cəzasıdır ki, dostlarımı dəfn edirəm"
4 avqust 2025 , 14:17
Anar və Əkrəm Əylisli Elçin Əfəndiyevin ölümündən sarsıldıqlarını bildiriblər
3 avqust 2025 , 19:16
Xalq yazıçısı Elçin Əfəndiyevin dəfn ediləcəyi tarix və məkan məlum oldu-YENİLƏNİB
3 avqust 2025 , 16:30
Xalq yazıçısı Elçin Əfəndiyev vəfat etdi
3 avqust 2025 , 13:13