Moskvaya “Dolu” yağdı –
07 dekabr 2012 13:28 (UTC +04:00)

Moskvaya “Dolu” yağdı –

Aqil Abbasın eyniadlı romanı əsasında ssenarisini yazdığı, rejissoru Elxan Cəfərov olan “Dolu” filminin Azərbaycanda kənarda nümayişinə başlanılıb. Bu barədə Lent.az-a hazırda Moskvada olan “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay bildirib. Onun sözlərinə görə, dekabrın 6-da Moskvanın Ryumina adına Folklor Mərkəzində keçirilən təqdimat mərasimə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, moskvalı iş adamları, Orta Asiya Respublikalarının səfirləri, bir sıra tanınmış professor, ictimai-siyasi xadimlər, tələbələr qatılıb. Təqdimatda filmin rejissoru Elxan Cəfərov, ,prodüseri Nadir Əliyev ,operator Nadir Mehdiyev, baş rol ifaçıları Məmməd Səfa, Rza Rzayev Elvin Əhmədov, Gülzar Qurbanova da iştirak edib.

İradə Tuncay bildirib ki, təqdimat olduqca maraqlı anlarla yadda qalıb: “Möhtəşəm bir tədbir idi. Moskvalı intellektual mühitdə ərköyünləşmiş tamaşaçıya nəyisə bəyəndirmək çətindir. Əvvəlcə,hiss etdim ki, gələnlər fikirləşir ki, təqdimat bitsəydi çıxıb gedərdik. Amma elə ki, film göstərilməyə başladı, zaldakı insanları müşahidə etməyə başladım. Hamı diqqət kəsilmişdi. Gözlərini ekrandan ayıra bilmirdi. Fİlm bitib işıqlar yananda isə ağlamaqdan gözləri qızarmış gənc qızlar, sərt üzlərinə ağrı kəsilmiş kişilər, sənətin qələbəsinə, həyatın məğlubiyyətinə üzülən yetkin insanlar gördüm”.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2260

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28