Bakıda YUNESKO-nun sessiyası keçiriləcək
0
0
YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində keçirilməsi ilə bağlı qərar qəbul olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 8-ci sessiya Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sədrliyi ilə keçiriləcək.
Sessiyada iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan Hökuməti adından çıxış edərək, YUNESKO Katibliyinə və Komitə üzvlərinə ölkəmizin ev sahibliyi təklifini dəstəklədikləri üçün təşəkkür edib. Çıxışdan sonra isə Azərbaycan haqqında film nümayiş etdirilib.
Qeyd edək ki, dekabrın 3-7-də Fransanın Paris şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyası keçirilib. Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi sessiyada Azərbaycan tar ifaçılıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Jalə Məmmədli