İlqar getdi, yeni “Ezop” tapılmır
0
0
Gənc Tamaşaçılar Teatrının aktyoru əməkdar artist İlqar Cahangirovun işdən çıxarılması teatrın dekabr ayına olan repertuarında dəyişiklik yaradıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Gənc Tamaşaçılar Teatrında dekabrın 8-də "Ezop" tamaşası M.F.Axundzadənin “Hekayəti sərgüzəşti vəziri-xani-Lənkəran” tamaşası ilə əvəz olunub.
Qeyd edək ki, teatrda “Ezop” rolunu uzun müddət əməkdar artist İlqar Cahangirov ifa edib. Ötən həftə isə əməkdar artist teatrdan uzaqlaşdırılıb.
Jalə
Qeyd edək ki, teatrda “Ezop” rolunu uzun müddət əməkdar artist İlqar Cahangirov ifa edib. Ötən həftə isə əməkdar artist teatrdan uzaqlaşdırılıb.
Jalə
0
0