Rejissor Vasif Babayevin 70 illik yubileyidir - FOTO
Bu barədə Lent.az-a Azərbaycan Professional Kinorejissorlar Gildiyasının Bürosundan məlumat verilib. Ömrünün 45 ilini televiziyanın inkişafına həsr edən istedadlı rejissor fəaliyyəti dövründə yüzlərlə müxtəlif səpkili verilişlər, proqramlar hazırlayıb və 40-dan çox sənədli filmlərin yaradıcısı olub.
Vasif Hacıağa oğlu Babayev Bakıda anadan olub. 1958-ci ildə orta məktəbi, 1965-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1964-cü ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində əvvəlcə rejissor köməkçisi, assistent, rejissor, 1969-cu idən isə Azərbaycan Televiziyasının baş rejissoru vəzifəsində işləyib.
1991-ci ildə Az.TV-nin bədii rəhbəri vəzifəsinə təyin edilib. 1994-cü ildən 1996-cı ilə kimi “MİR” dövlətlərarası Teleradio şirkətinin Azərbaycan nümayəndəliyinin ilk direktoru, 1996-cı ildən 1999-cu ilədək Bakıda “SARA” müstəqil Teleradio şirkətinin icraçı direktoru, 2001-2006-cı illərdə Moskvada Rusiyanın “İnter-Azərbaycan” teleadio şirkətinin vitse-prezidenti olub.
Onun çəkdiyi filmlər ümumittifaq və beynəlxalq festivallarda iştirak edərək, Azərbaycanı layiqincə təmsil edib və bir çox mükafatlara layiq görülüb. Vasif Babayev dəfələrlə Ümumittifaq festivallara jürinin üzvü qismində dəvət olunub.
Rejissor Vasif Babayev Azərbaycan Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyası Bürosunun üzvüdür. O, 1967-ci ildə Azərbaycan SSSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib, 1977-ci ildə Azərbaycan “Əməkdar artisti”, 1981-ci ildə “SSRİ Televiziya və Radio əlaçısı”, 1989-cu ildə isə ilk televiziya rejissoru olaraq Azərbaycanın “Xalq artisti” fəxri adına layiq görülüb.
2004-cü ildə Beynəlxalq Televiziya və Radio Akademiyasının həqiqi üzvü seçilmiş Vasif Babayev ölkəmizi bir çox Beynəlxalq konfranslarda və simpoziumlarda layiqincə təmsil edib. O, milli televiziyanın və kinonun ictimai həyatında fəal iştirak edən, gənc kadrların hazırlanmasında və formalaşmasında öz töhfəsini verən, öz həmkarları və dostları arasında nüfuza və hörmətə malik olan bir sənətçidir.
Xəyalə Muradlı

Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10