“Qorxma mən səninləyəm-2” filminin ssenarisi hazırdır
28 sentyabr 2009 17:00 (UTC +04:00)

“Qorxma mən səninləyəm-2” filminin ssenarisi hazırdır

“Mənim üçün solo konsert bağlanmış kitabdır.


Ancaq hərdənbir dostlarımız üçün, hər hansısa yubileydə kiçik çıxışlar edirəm. Artıq o qədər gənc, yeni ifaçılar var ki, mənə ehtiyac qalmayıb”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu deyib.

Xalq artisti dərs vermədiyini bildirərək, tələbələrinin olmadığının da səbəblərini açıqlayıb: “İnzibati işlərlə əlaqədar, eyni zamanda Moskvada olduğum üçün dərs demək imkanım yoxdur. Bu səbəbdən də tələbəm yoxdur. Ancaq konsert verməməyim, dərs deməməyim o demək deyil ki, yaradıcılıqdan uzaqlaşmışam. Hazırda simfonik orkestrlər üçün layihə hazırlayıram. Artıq belə əsərlərdən yeddisi hazırdır. Bunların arasında “İnnabı”, “Kəklik”, “Qara tellər”, “Qaçaq Nəbi” kimi əsərlər var. Onların sayını 12-yə çatdırıb bir disk hazırlamağı düşünürəm. Bu isə “Oxuyardı Bülbül... Oxuyur Polad Bülbüloğlu-2” olacaq”.


P.Bülbüloğlu yeni klip çəkdirmək istəyini də gizlətməyib, ancaq bunun üçün ona vaxt lazım olduğunu dilə gətirib. Xalq artisti artıq “Qorxma mən səninləyəm-2” filminin ssenarisinin hazır olduğunu da qeyd edib: “Yuli Qusman filmlə bağlı artıq işlərə başlayıb. Hətta filmin ssenarisi də artıq hazırdır. Bir bəstəkar və rolların birinin ifaçısı kimi mütləq bu filmdə iştirak edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1027

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28