Şəmkirdə IV-V əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib
01 oktyabr 2009 14:45 (UTC +04:00)

Şəmkirdə IV-V əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarının Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində apardıqları arxeoloji tədqiqatlar zamanı eramızdan əvvəl IV-V əsrlərdə mövcud olmuş şəhər qalıqları aşkar edilib. Bu barədə Lent.az-a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Ekspedisiyanın rəhbəri, institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayev ərazidə ötən əsrin 80-ci illərində təsərrüfat işləri ilə əlaqədar təpə hamarlanarkən monolit daşdan yonulmuş sütun altlığının aşkar edildiyini bildirib: “Bu sütun altlıq 1958-ci ildə Qazax rayonunun Sarıtəpə adlı ərazisində aşkarlanmış 2 sütun altlığı ilə eyni tiplidir”.
Onun sözlərinə görə, 2006-cı ildən etibarən böyük saray qalıqlarının tədqiqi ilə məşğul olan Azərbaycan, Almaniya və Gürcüstan beynəlxalq arxeoloji ekspedisiyasının qədim inzibati abidə üzərində apardığı tədqiqatlar sarayın sütun altlıqları olduğunu göstərib.
Ötən il də həmin ərazidə eramızdan əvvəl IV-V əsrlərə aid saray qalıqları aşkar edilib. Binanın bünövrəsinin çınqıl daşdan, divarlarının isə o dövr üçün səciyyəvi olan çiy kərpicdən tikildiyi müəyyən olunub. Binanın Əhəmənilər imperiyasının Cənubi Qafqazdakı inzibati mərkəzində tikilmiş sarayın qalıqları olduğu, tikilinin Əhəməni imperiyası canişininin iqamətgahı olduğu güman edilir.
Arxeoloji qazıntılar davam etdirilir.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1046

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28