Emin Sabitoğlunun saytı istifadəyə verilib
29 aprel 2011 09:24 (UTC +04:00)

Emin Sabitoğlunun saytı istifadəyə verilib

Musiqinin müxtəlif janrlarında bir çox dəyərli əsərlərin müəllifi olan Emin Sabitoğlu bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. 600 yüzdən artıq mahnı, 9 musiqili komediya bəstələyib, 40-a yaxın filmə musiqi bəstələyib.

“Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir” mahnıları çoxsaylı əsərlərindən bəziləridir.

İstifadəyə verilmiş www.eminsabitoglu.com sayti “Jndesign” şirkəti tərəfindən işlənib hazırlanıb. Şirkətin icraçı direktoru Cəfər Nəcəfov Lent.az-a bildirib ki, sayt “facebook” sosial şəbəkəsi ilə inteqrasiya olunub. Bu isə saytın ziyarətçilərinin yazdığı şərhləri “facebook”da avtomatik olaraq paylaşmaq imkanı verəcək.

Saytda bəstəkarın bioqrafiyası ilə yanaşı, 100-dən çox bəstələri, o cümlədən fotoqalereyada çoxlu sayda şəkilləri yer alır.

Saytın ziyarətçiləri “qonaq kitabı” adlı bölmədə hörmətli bəstəkarımıza öz ürək sözlərini yaza biləcəklər.

Yaxın müddət ərzində saytda bəstəkarın digər əsərləri ilə yaxından tanış olmaq imkanı yaradılacaq.
# 1299

Oxşar yazılar