Bəxtəvərin şansı
30 aprel 2011 21:32 (UTC +04:00)

Bəxtəvərin şansı

Məşhur flaman rəssamı Piter Paul Rubensin “Herkules” adlı əsəri Brüsseldə bir auksionda naməlum rəssamın 17-ci əsrdə çəkdiyi əsər kimi 9,5 min avroya satılıb. Lent.az-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, sonradan əsərin məşhur rəssama aid olduğu üzə çıxıb.

Həmin şəxs bunu Piter Paul Rubens tərəfindən 1597-1599-cu illərdə çəkilmiş rəsm əsəri kimi Maastrix auksionunda 856 min avroya satıb. Ekspertlər bildirirlər ki, əsərin məşhur rəssama aid olduğunu müəyyənləşdirmək üçün sübutları təqdim etmək lazımdır. Belə görünür ki, əsərin yeni sahibi bu məsələni həll edib...
# 697

Oxşar yazılar