Azərbaycan X Beynəlxalq Teatr Festivalında
02 may 2011 12:24 (UTC +04:00)

Azərbaycan X Beynəlxalq Teatr Festivalında

Mayın 29-dan iyunun 6-a qədər Tatarıstanın Kazan şəhərində türkdilli xalqların “Nauruz” adlı X Beynəlxalq Teatr Festivalı keçiriləcək. Azərbaycan festivalda A. Şaiq adına Dövlət Kukla Teatrının kollektivi ilə təmsil olunacaq. Lent.az-ın məlumatına görə, kollektiv Kamran Şahmərdanın “Ağ və qara” tamaşasını nümayiş etdirəcək.

Festivalın şərtlərinə uyğun olaraq Kazana Dövlət Muğam Teatrının muğam üçlüyü də gedəcək. Muğam üçlüyünə əməkdar artist Vəsilə İbrahimova, Vüsal İskəndərzadə (tar), Zahid Rzayev (kamança) daxildir.

Xəyalə
# 531

Oxşar yazılar