40 il sonra yenidən zirvədə: 1987-ci ilin rok mahnısı ən yaxşılar sırasına düşdü
02 sentyabr 2026 18:35 (UTC +04:00)

40 il sonra yenidən zirvədə: 1987-ci ilin rok mahnısı ən yaxşılar sırasına düşdü

0

Britaniyanın məşhur "The Cure" qrupunun 1987-ci ildə təqdim etdiyi “Just Like Heaven” mahnısı təxminən 40 il sonra yenidən diqqət mərkəzinə düşüb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Billboard” mahnını ən yaxşı 50 rok sevgi mahnısı siyahısına daxil edib. “Just like heaven” reytinqdə dördüncü yeri tutub.

Mahnı “Kiss Me, Kiss Me, Kiss Me” albomunun üçüncüsü kimi yayımlanıb. Qrupun solisti Robert Smit əsəri Fransada yazıb. Kompozisiyanın yaranmasına onun həmin dövrdə sevgilisi, daha sonra isə həyat yoldaşı olan Meri Pula qarşı hissləri ilham verib. “Just like heaven” digər rok mahnılarından yüngül və xəyalpərəst atmosferi ilə seçilirdi. Mahnının sözlərində güclü sevgi hissi, yaxınlıqdan yaranan həyəcan və sevilən insanı xoşbəxt etmək arzusu əksini tapıb.

Mahnı yayımlandığı dövrdə ABŞ-ın “Billboard Hot 100” siyahısında 40-cı, Böyük Britaniyanın “Official Singles Chart” reytinqində isə 29-cu pilləyə yüksəlib. İllər keçdikcə onun populyarlığı daha da artıb. “Billboard”un yeni siyahısında “Just like heaven” yalnız The Beatles-ın “Something”, Yeah Yeah Yeahs-ın “Maps” və Devid Bouinin “Heroes” mahnılarından geri qalıb.

Robert Smit də bu mahnını yaradıcılığının xüsusi əsərlərindən biri hesab edib. O, 2019-cu ildə verdiyi müsahibədə mahnını yazdıqdan sonra bundan daha yaxşısını yarada bilməyəcəyini düşündüyünü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 82

Oxşar yazılar