Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.
Bu barədə Lent.az-a Xalq şairinin köməkçisi Arif Mehmandost məlumat verib.
O bildirib ki, Nəriman Həsənzadə artıq palataya köçürülüb:
"Nəriman müəllimin vəziyyəti nisbətən yaxşıdır. Müalicəsi davam etdirilir".
Qeyd edək ki, Nəriman Həsənzadə iki aydan çoxdur ki, Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.