“Avroviziya 2026"da neçə ölkə  iştirak edəcək?
16 dekabr 2025 13:34 (UTC +04:00)

“Avroviziya 2026"da neçə ölkə iştirak edəcək?

0

Beynəlxalq “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları 2026-cı ildə şouda neçə ölkənin yekun olaraq iştirak edəcəyini açıqlayıblar. Məlumata görə, 2026-cı il Avroviziya müsabiqəsində 35 ölkə iştirak edəcək. Onların arasında müsabiqəyə geri qayıdan ölkələr də var: Bolqarıstan, Rumıniya və Moldova”, 

Lent.az xəbər verir ki, bu barədə “Avroviziya”nın rəsmi səhifəsində bildirilib.

Qeyd olunub ki, müsabiqənin yarımfinalları gələn il mayın 12 və 14-də keçiriləcək (yarımfinalların püşkatma mərasimi yanvarın 12-də baş tutacaq), böyük final isə mayın 16-da olacaq.

“Təşkilatçıların sözlərinə görə, birinci və ikinci yarımfinallarda hər birində 15 ölkə səhnəyə çıxacaq. Final mərhələsində isə 20 iştirakçıya avtomatik finalçılar – Avstriya, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya – qoşulacaq”, – məlumatda vurğulanıb.

Xatırladaq ki, “Avroviziya-2026” Avstriyada, Vyana şəhərində keçiriləcək. Ukraynanı müsabiqədə kimin təmsil edəcəyi hələlik məlum deyil. Lakin 3 dekabr tarixində “Suspılne” milli seçim mərhələsinin 9 finalçısının siyahısını açıqlayıb. 10-cu iştirakçı isə onlayn səsvermə yolu ilə seçiləcək. Milli seçimin final mərhələsi 2026-cı ilin fevral ayında keçiriləcək.

Xatırladaq ki, daha əvvəl bir neçə ölkə – Niderland, İspaniya, İrlandiya, Sloveniya və İslandiya – müsabiqədə İsrail təmsilçisinin iştirakına etiraz olaraq çıxışdan tamamilə imtina etdiklərini bəyan etmişdilər. Bu səbəbdən gələn il “Avroviziya”da iştirak edən ölkələrin sayı əvvəlki illərlə müqayisədə daha az olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 300

Oxşar yazılar