AzTV-nin “Sabah”, “Telefilm” və “Kino”  studiyaları birləşdirilir
07 aprel 2026 18:58 (UTC +04:00)

AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdirilir

0

Azərbaycan Televiziyasının “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək.

Lent.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq AzTV-nin mətbuat xidmətindən məlumat verilib.

“Televiziya daxilində film istehsal edən 3 komanda var – “Sabah”, “Telefilm” və “Kino” studiyası. Hazırda televiziyanın strukturunun daha da təkmilləşdirilməsi, tamaşaçılara maraqlı kontent təqdim etmək istiqamətində növbəti addımlar atılır. Yaxın gələcəkdə müəyyən studiyaların birləşdirilməsi, daha kompakt idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Bu məqsədlə bədii-sənədli filmlərin və tamaşaların istehsalı “Telefilm” adı altında birləşəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Xalq artisti Ramiz Həsənoğlu 36 ildir fəaliyyət göstərən “Sabah” studiyasının bağlanması ilə bağlı məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar