Əməkdar artist Nadir Hüseynov sükan arxasında ölüb.
Lent.az xəbər verir ki, aktyor Nofəl Vəliyev APA-ya bildirib ki, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.
1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə N. Hüseynov müxtəlif televiziya verilişlərinin, yubileylərin və tədbirlərin aparıcısı kimi çıxış edib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.
O, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.
***
saat 12:30
Bədii qiraətçi, professor, Əməkdar artist Nadir Hüseynov vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə aktyor Nofəl Vəliyev sosial şəbəkədə paylaşım edib.
_1200_1765960329.webp)