Barda qətl törədən  polis saxlanıldı
17 dekabr 2025 09:37 (UTC +04:00)

Barda qətl törədən polis saxlanıldı

0

Türkiyədə polis əməkdaşı barda qətl törədib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bursanın Osmanqazi qəsəbəsindəki əyləncə məkanında qeydə alınıb.

Polis məmuru olan M.S. ilə Berk Keleş arasında mübahisə düşüb. Mübahisə zamanı polis üzərindəki tapança ilə Keleşi başından vurub. Xəstəxanaya yerləşdirilən Berk Keleşi xilas etmək mümkün olmayıb. Barda olan Ö.Y. isə ayağından güllə yarası alıb.

Hadisə ilə bağlı M.S. saxlanılıb və faktla bağlı cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar