"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI
17 dekabr 2025 13:34 (UTC +04:00)

"Qalatasaray"dan gecə yarısı İkardi AÇIQLAMASI

0

"Qalatasaray"ın baş katibi Eray Yazqan, ayrılacağı ilə bağlı şayiələrin mövzusu olan Mauro İkardi üçün qəti bir açıqlama verib. 

Lent.az-ın Türkiyə KİV-nə istnadla xəbərinə görə, Yazqan İkardinin "Qalatasaray"ın kapitanı və əvəzolunmaz oyunçusu olduğunu və argentinalı hücumçunun "sarı-qırmızılı" komandada davam edəcəyini bildirib. 

"Qalatasaray" klubunun baş katibi Eray Yazqan, son günlərdə ayrılacağı ilə bağlı şayiələrin mövzusu olan Mauro İkardi ilə bağlı gecə saatlarında diqqətəlayiq açıqlamalar verib. Yazqan, argentinalı hücumçunun "Qalatasaray"dakı gələcəyi ilə bağlı açıq bir mesaj verib.

Eray Yazqan Albert Long Hall Mədəniyyət Mərkəzində keçirilən Boğaziçi Universiteti idman mükafatları mərasimində mətbuatın suallarını cavablandırıb. Mərasimdə çoxsaylı mükafatlar almaqdan məmnun olduğunu bildirən Yazqan, Qalatasarayın uzunmüddətli bir ənənəyə sahib olduğunu vurğulayıb.

Komandanın mövsümün ilk yarısındakı performansını qiymətləndirən Yazgan, “Qalatasaray”ın hədəflərindən yayınmadığını bildirib. Çempionlar Liqasında və Super Liqada çempionluq yarışında qazanılan xalları vurğulayan Yazqan, mövsümün ikinci yarısında fərqi artıracaqlarına inandığını söyləyib. Eray Yazqan həmçinin hədəflərinin 26-cı liqa çempionluğu və Türkiyə Kuboku olduğunu bildirib.

Mauro İkardi haqqında danışan Eray Yazqan argentinalı hücumçunun "Qalatasaray" üçün əhəmiyyətini vurğulayıb. İkardinin komanda kapitanı olduğunu vurğulayan Yazqan, ciddi zədə almasına baxmayaraq, meydana böyük əzmlə qayıtdığını bildirib. Yazqan qeyd edib ki, hücum xəttində rəqabət olsa da, İkardi həmişə onun bir hissəsi olacaq və bununla da ulduz oyunçunun "Qalatasaray"da qalacağı mesajını verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar