Aysun Rəqsanənin azadlığa çıxması  üçün bu qədər  pul ödəyib - VİDEO
20 noyabr 2025 17:30 (UTC +04:00)

Aysun Rəqsanənin azadlığa çıxması üçün bu qədər pul ödəyib - VİDEO

0

Dünən ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılovanın borcunun bir qismini qızı, müğənni Aysun İsmayılova ödəyib.

Lent.az-ın məlumatına görə, bu məlumatı prodüser Tarix Əliyev (Tolik) “Tarixin bir günü” proqramında açıqlayıb.

Onun sözlərinə görə, Aysun anasının borcundan 100 min manat ödəyib: “Aysun çox gözəl bir övladdır. O, gecə-gündüz bir gözü ağlayıb, digər gözü gülərək işlədi və həmin məbləğdən cüzi də olsa, topladı. 100 min manat az pul deyil. Rəqsanənin əziyyəti boşa getmədi”.

Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar