“Eurovision 2022”nin  yeni loqosu və şüarı:   Müzakirələrə səbəb oldu
23 yanvar 2022 14:00 (UTC +04:00)

“Eurovision 2022”nin yeni loqosu və şüarı:  Müzakirələrə səbəb oldu

“Eurovision”un Təşkilat Komitəsi bu həftə“Eurovision 2022”nin yeni loqosunu və şüarını təqdim edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Avropanın əsas vokal müsabiqəsinin təşkilatçılarının yeni dizaynı çoxlu mübahisələrə səbəb olub

Məlumat müsabiqənin “Instagram”dakı rəsmi səhifəsində yer alıb.

“Xanımlar və cənablar, “Eurovision 2022-nin "gözəl" şüarını və tematik dizaynını təqdim edirik.
Bu ilin şüarı "Səsin gözəlliyi"dir.

Artıq gələn həftə seçilmiş dəyişiklik konsepsiyası haqqında daha çox təfərrüatlar açıqlanacaq, lakin əvvəlki illərdə olduğu kimi, dizayn çoxlu mübahisələrə səbəb olub.

Biri deyir ki, başqa illərdə yaradıcılıq daha çox olub, kimsə şrifti bəyənmir, hətta dizaynı koronavirusun şəkli ilə müqayisə edənlər də var.
 

# 2994
avatar

Oxşar yazılar