Flora Kərimova Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ
17 iyun 2026 16:16 (UTC +04:00)

Flora Kərimova Mehriban Əliyevaya TƏŞƏKKÜR ETDİ

0

Səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilən Xalq artisti Flora Kərimova Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib. 

Lent.az Xalq artisti Flora Kərimovanın Mehriban Əliyevaya ünvanladığı təşəkkür paylaşımını təqdim edir:

"Hörmətli Mehriban xanım,

Səhhətimlə bağlı yaşadığım çətin günlərdə göstərdiyiniz diqqət, qayğı və müalicəmi şəxsi nəzarətinizdə saxlamanız məni son dərəcə duyğulandırdı.

Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və göstərdiyiniz diqqətə görə Sizə sonsuz və dərin minnətdarlığımı bildirirəm.

Qayğıkeşliyiniz, nəvazişiniz və şəfqətiniz ən qiymətli insani dəyərlərdəndir. Sizə olan vəfa borcum övladlarıma mənəvi əmanətdir. Sizə möhkəm cansağlığı, fəxarətli ömür, xalqımız naminə Böyük Sərkərdənin yanında silahdaşı kimi həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə daim uğurlar və müvəffəqiyyətlər arzulayıram.

Dərin hörmət və ehtiramla,

Flora Kərimova".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar