Fərhad Mehdiyev
17 iyun 2026 09:02 (UTC +04:00)

Fərhad Mehdiyev

"Onu torpağa gömməyə tələsmirəm" - Fərhad Mehdiyev qızının ölümündən yazdı

1

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Fərhad Mehdiyevin qızı motosiklet qəzasında həlak olub. 

Lent.az xəbər verir ki, atası qızının ölümü ilə bağlı çox təsirli paylaşım edib.

Həmin paylaşımı təqdim edirik: 

"Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı - Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı. 

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq. Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır. 

Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk. 
Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil. Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. 
Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 432

Oxşar yazılar