"Yeşilçam"ın  məşhur aktrisası öldü   - Övlad itkisinə 40 gün dözə bildi
17 iyun 2026 14:18 (UTC +04:00)

"Yeşilçam"ın məşhur aktrisası öldü - Övlad itkisinə 40 gün dözə bildi

0

Türk kinosunun qızıl dövrünün tanınmış simalarından olan, ağ-qara filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyan aktrisa Emel Yıldız vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə sənətçinin yaxın dostu və həmkarı Tuna Arman sosial media hesabında paylaşım edib. 

85 yaşında dünyasını dəyişən Emel Yıldız uzun müddətdir ki, mediadan uzaq, sakit həyat sürürdü. Aktrisa təxminən 40 gün əvvəl qızı Elif Sofyanı itirmişdi. Yaxınlarının sözlərinə görə, övlad itkisi sənətçiyə çox ağır təsir edib və o, həmin vaxtdan dərin kədər içində yaşayırdı.

1950-1960-cı illərdə türk kinosunun ən fəal dövrlərində fəaliyyət göstərən Emel Yıldız “Vahşi Kız”, “Cumbadan Rumbaya”, “Avare Mustafa” və “Cilalı İbo Perili Köşkte” kimi filmlərdə çəkilərək böyük tamaşaçı sevgisi qazanıb. Cəsarətli xarakterinə və sənət mühitindəki prinsipial mövqeyinə görə ona “Panter” ləqəbi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar