Hacı Zeynalabdin Tağıyevin heykəli BAKININ MƏRKƏZİNDƏ  - FOTO
11 sentyabr 2021 11:55 (UTC +04:00)

Hacı Zeynalabdin Tağıyevin heykəli BAKININ MƏRKƏZİNDƏ - FOTO

2

Hacı Zeynalabdin Tağıyevin heykəli quraşdırılıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, heykəl artıq qoyulacağı əraziyə gətirilib və quraşdırma işləri aparılıb.

Bir müddət əvvəl heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov heykəlin quraşdırılacağı ərazidə işlərin yekunlaşdığını və postamentin artıq hazır olduğunu bildirmişdi.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında quraşdırılıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 2391

Oxşar yazılar