Memarlıq abidəsinə qanunsuz müdaxilənin qarşısı alındı-FOTO
21 mart 2023 20:16 (UTC +04:00)

Memarlıq abidəsinə qanunsuz müdaxilənin qarşısı alındı-FOTO

Bakı şəhəri Səbail rayonu Mehdi Hüseyn küçəsi 75 ünvanında yerləşən yerli əhəmiyyətli memarlıq abidəsinə (inv. 3369) bayram günlərində aparılan qanunsuz müdaxilənin qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları tərəfindən alınıb.

Bu barədə Lent.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, aparılan işlər dayandırılıb.

"Qanunvericilik çərçivəsində atılacaq addımlar barədə əlavə məlumat veriləcəkdir.
Bir daha bütün vətəndaşlardan və əlaqədar təşkilatlardan xahiş olunur ki, tarixi abidələrə hər hansı müdaxilə halları ilə qarşılaşdıqları zaman Mədəniyyət Nazirliyinin iş nömrələrinə və 147 qaynar xəttinə, eləcə də Nazirliyin rəsmi sosial media hesablarına dərhal məlumat vermələri xahiş olunur", - məlumatda vurğulanıb.
 

# 1629
avatar

Oxşar yazılar