Mənsum İbrahimov özəl günündə Lent.az-a DANIŞDI:  "Arzularıma çatmışam..."
01 oktyabr 2022 13:00 (UTC +04:00)

Mənsum İbrahimov özəl günündə Lent.az-a DANIŞDI: "Arzularıma çatmışam..."

Xalq artisti, muğam ustası Mənsum İbrahimovun ad günüdür. Xanəndənin 61 yaşı tamam olur. Mənsum müəllimi bu münasibətlə təbrik edib. Arzularını eşitmək istədik.

O, Lent.az-ın təbriklərinə cavab olaraq bildirdi ki, Qarabağ alınan gündən özünü bütün arzularına çatmış hesab edir:

“Allaha şükür torpaqlarımızı aldıq. Müharibənin aktiv fazası bitsə də, problemlər qalır. Ad günü sevinci yaşamıram, şəhidlərimiz var. Ona görə əhvalım yerində deyil. Allahdan arzu edirəm, Qarabağdan muğam sədaları gəlsin, uşaq səsləri bürüsün o torpaqları. Güllə səsləri eşidilməsin. Heç bir ailə şəhid xəbəri almasın. Dünyamız qarışıqdır, gərgin günlər yaşanır. Tək diləyim dünyamız sakit olsun. Ən böyük arzum Qarabağda insanların məskunlaşmasını, xaraba qalmış o yurdlarımızı yenidən cənnət –məkan görüm. Bizim elə bir qonşularımız var ki, həmişə ayıq-sayıq, güclü olmalıyıq. Bu yaşda mən ömürdən başqa nə istəyirəm? Bizim balalarımız, nəvələrimiz gözəl günlər yaşasınlar. Qarabağ müharibə yox, mədəniyyətin beşiyi olsun”.

# 1362
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

6 dekabr 2022 , 17:56
Məşhur aktrisa amansız xəstəlikdən  ÖLDÜ  - FOTO

Məşhur aktrisa amansız xəstəlikdən ÖLDÜ - FOTO

6 dekabr 2022 , 15:38
"Teatrları veriblər  direktorların əlinə,   onlar da..." - Aqil Abbas

"Teatrları veriblər direktorların əlinə, onlar da..." - Aqil Abbas

6 dekabr 2022 , 12:19
Reqxa

Əri özünü öldürdü, qadınla sevişdiyi iddia edildi - Bir ulduz axdı

5 dekabr 2022 , 18:28
Əməkdar artist Kəmalə Rəhimli

Qayınanasına görə körpəsini öldürdülər, “Mercedes” sürən ilk azərbaycanlı qadın – Unudulan məşhurlar

3 dekabr 2022 , 20:15
İlya Ştemler

Bakıda doğulan yazıçı koronavirusdan öldü

3 dekabr 2022 , 16:50
Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

2 dekabr 2022 , 22:23
Elizabet Teylor

7 kişiylə 8 dəfə evlənən bənövşəyi gözlü milyonçu - Bir ulduz axdı

2 dekabr 2022 , 20:15