Meyxanaçı Kərim burada  dəfn olunacaq
19 dekabr 2025 16:44 (UTC +04:00)

Meyxanaçı Kərim burada dəfn olunacaq

0

Xəbər verdiyimiz kimi, meyxanaçı Ağakərim vəfat edib.

O, sabah Maştağada dəfn olunacaq.

Bu barədə Lent.az-a onun yaxın dostu meyxanaçı Ağamirzə məlumat verib.

Xatırladaq ki, 2017-ci ildə onun beyninə qan sızmışdı və həmin vaxtdan sonra sağlamlıq vəziyyəti ağır olaraq qalırdı.

Qeyd edək ki, Ağakərim 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub.

O, meyxana sənətində özünəməxsus üslubu ilə tanınıb və bu sahədə mühüm uğurlara imza atıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi olub. 1993-cü ildə isə ustad meyxanaçı Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalında ən yüksək mükafat olan Qızıl medala layiq görülüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar