Niyaməddin Musayev mahnısını oxuyanlara nə dedi? – Xeyir-dua, yoxsa qısqanclıq
27 mart 2023 14:03 (UTC +04:00)

Niyaməddin Musayev mahnısını oxuyanlara nə dedi? – Xeyir-dua, yoxsa qısqanclıq

Deyirlər bir dəli quyuya daş atar yüz ağıllı çıxarammaz. Bu dəfə tərsinə olub. Bir ağıllı bir gözəl mahnı oxuyub, yüz dəliyə dərd olub.

“Dərviş” qrupunun son həftələrdə viral olmuş ifasından söhbət gedir. Qrup “ Dünya sənin, dünya mənim, dünya heç kimin” mahnısını oxumaqla dilə-dişə düşüb.

Yəqin orta nəslin nümayəndələri yaxşı bilirlər ki, bu mahnı Xalq artisti Niyaməddin Musayev tərəfindən  1986-cı ildə bəstələnib və ifa olunub. Mahnı elə o zamanlar da indiki kimi ajiotaja səbəb olmuşdu. “Röya” qrupu öz dövrü  üçün çox müasir və fərqli ifa tərzinə malik bir qrup idi və gənclər tərəfindən sevilərək dinlənilirdi.

Bir qərinədən çox ömrü olan bu gözəl mahnı unudulamadı, sevildi. “Dərviş” band qrupu mahnıya ikinci baharını yaşatdı, yeni nəfəs verdi. Estrada janrında bəstələnmiş bir ifanı rok üslubunda ifa etdi. Fərqli və gözəl alındı. 
Amma... İşin bir amması da oldu.

Bizim əlimizdən nə gəlməsə də, qulp qoymaq, hər işə lağlağı ilə yanaşmaq kimi bir şakərimiz var axı. Sosial şəbəkələrdə mahnının yeni ifasını paylaşan, münasibət bildirən çoxları başladı eyni şərhi verməyə. Çoxu bu sərsəm şərhləri gülməli sayıb elə bir - birindən oğurlanmış fikirləri çeynəyib saqqız elədi ağzında. Guya Niyaməddin Musayev oxuyanda mahnının sözlərini anlamayıblarmış, indi anlayıblar.

Adama deyərlər, 33 il əvvəl ağlınız indiki qədər dərin olmayıbsa, buna Niyaməddin Musayev neyləsin?
Niyaməddin Musayev bu deyilənlərlə bağlı Lent.az-a danışarkən bildirdi ki, hərənin öz dünyagörüşü, öz zövqü var. “Bu mahnının sözlərinin dərin fəlsəfi mənası var. Kimsə anlamayıbsa, bu mənim günahım deyil. Kiməsə zorla deyə bilmərəm məni bəyənsin. Mən sözləri aydın oxumuşam, gənclər də sevib, yaşlı nəsil də. Qananlar da sağ olsunlar, qanmayanlar da. “Dərviş” qrupunun üzvləri ilə tanışam, istedadlı gənclərdir. Bu mahnını hətta qrupun solisti ilə studiyada duet də oxumuşuq. Mahnını düzgün aranjeman ediblər, korlamayıblar, ona görə çox bəyəndim”.

Mahnı müəllifi mahnısına ikinci həyat vermiş qrupa xeyir-dua verib, qısqanclıqla qarşılamayıb. Böyük sənətkarlar məhz belə də edirlər.

Bəs lağ edənlərə nə düşüb? Özləri böyük demirəm, hansı kiçik bir yaradıcılıq nümunəsi ortaya qoyublar ki, şəbeh çıxarırlar.

Əşşii, mənimki də söz oldu ha. Ağzında şəbeh deyirsən. Şəbeh təlxəklərin işidir.

# 9132
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Elxan Qasımov sabah dəfn olunacaq

Elxan Qasımov sabah dəfn olunacaq

29 may 2023 , 19:25
Elxan Qasımov vəfat etdi

Elxan Qasımov vəfat etdi

29 may 2023 , 19:11
Məşhur aktyorun  sandıqda meyiti   tapıldı

Məşhur aktyorun sandıqda meyiti tapıldı

28 may 2023 , 17:54
Kannda  ən yaxşı aktrisa   oldu

Kannda ən yaxşı aktrisa oldu

27 may 2023 , 23:49
Selin Dion 1 illik konsertlərini ləğv etdi - SƏBƏB

Selin Dion 1 illik konsertlərini ləğv etdi - SƏBƏB

27 may 2023 , 02:18
“Harri Porter” filminin oyunçuları 10 il  saçlarını   niyə qırxmayıblar?

“Harri Porter” filminin oyunçuları 10 il saçlarını niyə qırxmayıblar?

26 may 2023 , 19:58
Filmə çəkiləndə  düşmənə çevrilən   məşhurlar

Filmə çəkiləndə düşmənə çevrilən məşhurlar

26 may 2023 , 17:45
Tanınmış yazıçının çürümüş meyiti  tapıldı

Tanınmış yazıçının çürümüş meyiti tapıldı

26 may 2023 , 16:56