Novruz Qartal Gəncədə dəfn edildi -FOTO -YENİLƏNİB
09 yanvar 2022 12:38 (UTC +04:00)

Novruz Qartal Gəncədə dəfn edildi -FOTO-YENİLƏNİB

Əməkdar artist Novruz Qartal Gəncədə dəfn edilib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, əməkdar artist Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında dəfn edilib.

***

Saat 11:36

 

Gəncə şəhərinin “İmamzadə” ziyarətgahında əməkdar artist Novruz Qartalla vida mərasimi başlayıb.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, vida mərasimində artistin ailə üzvləri, sənət yoldaşları, şəhər icra hakimiyyətinin nümayəndələri, Gəncə Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə Dövlət Dram Teatrı kollektivi və şəhər ictimaiyyəti iştirak edir.

Vida mərasimindən sonra əməkdar artist Gəncənin “İmamzadə” ziyarətgahındakı qəbiristanlıqda dəfn olunacaq.

Qeyd edək Novruz Qartal ötən gün axşam saatlarında uzun sürən xəstəlikdən sonra vəfat edib.

# 19977
avatar

Oxşar yazılar