ABŞ-ın Los-Anceles şəhərindəki 94-cü Oskar mükafatlandırma mərasimi başa çatıb.
Lent.az xəbər verir ki, ümumilikdə 23 nominasiya üzrə qalib müəyyənləşib.
Mərasimdə ən çox diqqət çəkən rejissor Denis Villenövün "Dune" filmi namizəd olduğu 10 nominasiyadan 6-nı qazanıb.
***
07.39
94-cü Oskar mükafatının təqdimetmə mərasimində İlin ən yaxşı filminominasiyanın qalibi müəyyən olub.
İlin ən yaxşı filmi
"CODA"
***
07.31
94-cü Oskar mükafatının təqdimetmə mərasimində daha bir nominasiyanın qalibi müəyyən olub.
Ən yaxşı aktrisa
Jessica Chastain - "The eyes of tammy faye"
***
07.06
94-cü Oskar mükafatının təqdimetmə mərasimi davam edir.
Ən yaxşı aktyor
Will Smith - "King Richard"
Ən yaxşı orijinal mahnı
Billie Eilish və Finneas O'connell - "No time to die"
Ən yaxşı rejissor
Jane Campion - "The power of the dog"
***
06.51
ABŞ-ın Los-Aneceles şəhərində 94-cü Oskar mükafatının təqdimetmə mərasimi baş tutub.
APA xəbər verir ki, mükafatlandırma mərasimində ümumilikdə 23 nominasiya üzrə qaliblər müəyyənləşib. Həmin qalib nominasiyalar aşağıdakılardır:
Ən yaxşı köməkçi aktyor
Troy Cotsur - "CODA"
Ən yaxşı köməkçi aktrisa
Ariana Debose - "West side story"
Ən yaxşı xarici dildə film
"Drive my car" - Yaponiya istehsalı
Ən yaxşı orijinal ssenari
"Belfast" - Kenneth Branagh
Ən yaxşı uyğunlaşdırılmış ssenari
"CODA" - Sian Heder
Ən yaxşı orijinal musiqi
Hans Zimmer - "Dune"
Ən yaxşı səs effekti
"Dune"
Ən yaxşı montaj
"Dune"
Ən yaxşı vizual effekt
"Dune"
Ən yaxşı operator işi
Greig Fraiser - "Dune"
Ən yaxşı istehsal dizaynı
"Dune"
Ən yaxşı sənədli film
"Summer of soul" (When the revolution could not be televised)
Ən yaxşı qısametrajlı sənədli film
"The queen of basketball"
Ən yaxşı cizgi filmi
"Encanto"
Ən yaxşı qısametrajlı cizgi filmi
"The windshield wiper"
Ən yaxşı qısametrajlı film
"The long goodbye"
Ən yaxşı makiyaj və saç düzümü
"The eyes of Tammy Faye"
Ən yaxşı kostyum dizaynı
Jenny Beavan - "Cruella"
Qeyd edək ki, bu il mükafat tarixində ilk dəfə olaraq 8 nominasiya üzrə qalib mərasim başlamazdan əvvəl elan olunub.
Həmçinin mərasimdə Ukraynada baş verən hadisələr vurğulanıb və həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
***
06.11
Yaponiyanın “Driwe my car” filmi ən yaxşı xarici dildə film nominasiyasının qalibi olub.
Lent.az-ın xəbərinə görə, filmin rejissoru Rusuqe Xamaqutidir
***
05.03
Hollivudda 94-cü Oskar mərasiminin qala gecəsi başlayıb.
Lent.az-ın xəbərinə görə, Kino Elmləri və İncəsənəti Akademiyası müxtəif nominasiyalar üzrə 23 qızıl mükafat təqdim edəcək. Namizədlər fevral ayında müəyyən edilib.
Açılış mərasimi Beyonsun ifası ilə başlayıb.
Qeyd edək ki, koronavirus pandemiyası əvvəlki illərdə Oskar mərasiminin də keçirilməsinə mənfi təsir göstərmişdi.