"Oskar" mükafatlı film redaktoru vəfat etdi
03 iyun 2023 02:15 (UTC +04:00)

"Oskar" mükafatlı film redaktoru vəfat etdi

"Doğru adamlar" filmindəki işinə görə "Oskar" qazanan film redaktoru Qlenn Farr 77 yaşında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə "Deadline" nəşri yazır.

Portalın məlumatına görə, Farr beyin şişi ilə bağlı ağırlaşmalardan dünyasını dəyişib.

1984-cü ildə o, kosmosa uçmaq üçün seçilən amerikalı pilotların hekayəsindən bəhs edən “Doğru adamlar” filminə görə “Oskar” mükafatına layiq görülüb.

O, həmçinin "The Mentalist", "Real Men" və "Nothing in Common" kimi bir çox digər layihələrdə də işləyib.

# 1626
avatar

Oxşar yazılar