"Oskar"a  namizəd olan filmin aktyoru faciəvi şəkildə  öldü
28 avqust 2026 17:58 (UTC +04:00)

"Oskar"a namizəd olan filmin aktyoru faciəvi şəkildə öldü

0

Çilili kinorejissor, prodüser və ssenarist Paz Ramirez Larrain yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə avqustun 23-də Çilinin paytaxtı Santyaqonun Providensia rayonunda qeydə alınıb. 39 yaşlı Ramirez iti Marta ilə yolu keçərkən heyvan geridə qalıb.

Qadın iti götürmək üçün geri döndüyü anda avtomobil onu vurub. Ağır yaralanan Ramirez xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra sürücü avtomobili saxlamadan ərazidən uzaqlaşıb. Avqustun 26-da polis hadisədə şübhəli bilinən 53 yaşlı Çili vətəndaşını saxlayıb. Onun avtomobilində qəza ilə uyğun gələn zədələr aşkarlanıb.

Saxlanılan şəxsin əvvəllər də sərxoş vəziyyətdə avtomobil idarə etdiyi bildirilir. İstintaqa verdiyi ifadədə isə hadisə zamanı insanı deyil, iti vurduğunu düşündüyünü söyləyib. Onun barəsində ehtiyatsızlıqdan ölümə səbəb olma ilə bağlı araşdırma aparılır.

Paz Ramirez kino və televiziya sahəsində 10 ildən çox fəaliyyət göstərib. O, HBO-nun “Prófugos” serialında, həmçinin “No”, “Los 33”, “Bonsái” və digər ekran əsərlərinin hazırlanmasında iştirak edib. Son illərdə isə Alga Estudio-nun icraçı direktoru kimi çalışıb.

Ramirezin son işlərindən biri “Helechos” qısametrajlı filmi olub. Ekran işi 2023-cü ildə Tribeca Film Festivalında nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar