Payızda sizi güldürəcək  7 film -  VİDEO
03 oktyabr 2025 16:46 (UTC +04:00)

Payızda sizi güldürəcək 7 film - VİDEO

0

Bu filmlər – həm əsəbləri gərginləşdirən, həm də güldürən axşam üçün ideal seçimdir. Onlar komediya, detektiv və qorxu elementlərini ustalıqla birləşdirir.

Lent.az sizə payız axşamına kəskin hisslər bəxş edəcək filmlər seçimini təqdim edir.

“Qorxu küçəsi: Məzuniyyət kraliçası”

Hadisələr 1988-ci ildə məktəb məzuniyyətinə hazırlıq zamanı baş verir. Populyar qızlar balın kraliçası titulu uğrunda mübarizə aparırlar. Lakin qəfil namizədlik irəli sürən yeni bir qız peyda olur. Rəqiblər sirli şəkildə yoxa çıxmağa başlayır və məzuniyyət gecəsi kabusa çevrilir.

“Mən bilirəm, siz ötən yay nə etmisiniz”

90-cı illərin sonlarının məşhur qorxu filminin remeykidir. Dörd dost dəhşətli bir sirri gizlətməyə çalışır, amma həyatları kabusa çevrilir – çünki naməlum təqibçi onların günahlarını bir-bir açmağa başlayır.

“Mütləq qatil”

Film qorxu və fantastikanı birləşdirir. Gənc bir qız təsadüfən 1987-ci ilə düşür – o zaman sirli məktəbli qatil hələ yeni-yeni cinayətlərə başlayır. Qız cinayətkarı dayandırmağa çalışır, lakin həm də keçmişdəki qorxu ilə gülməli situasiyalar arasında balans saxlamağa məcbur olur.

“Təyinat məntəqəsi: Nəsil lənəti”

Məşhur franşizanın yeni hissəsi, ailə lənəti mövzusunu açır. Gənc tələbə qəfil öncəgörmə yaşayır və faciədən qaçmağa çalışır. Amma ölümdən qaçmaq heç də asan deyil.

“Zaman kəsiyi”

Bir qız gözlənilmədən 2024-cü ildən 2003-cü ilə keçir. Onun bacısını sirli maskalı hücumçunun qətlindən xilas etmək üçün unikal şansı yaranır. Lakin həm yaxınını xilas etmək, həm də tarixin gedişatını pozmamaq mümkündürmü?

“Xoşbəxt ölüm günü”

Tələbə qızın həyatı əsl “Zolaqlı gün”ə çevrilir. Amma o, hər gün öz qətli günü oyanır. İndi isə o, maskalı manyakın kimliyini tapmalı və bu qapalı dairəni qırmağın yolunu axtarmalıdır.

“Son qızlar”

Bir dost qrupu təsadüfən 80-ci illərin məşhur qorxu filmindən içəri düşür. Onlar sağ qalmağa çalışır, qorxu janrının klişelərinə əməl edirlər. Film qorxu, satira və kədərli dramı özündə birləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar