Pol Makkartninin  oğurlanan gitarasını   50 il sonra qaytardılar - 10 milyon dəyərindədirr
19 fevral 2024 14:06 (UTC +04:00)

Pol Makkartninin oğurlanan gitarasını 50 il sonra qaytardılar - 10 milyon dəyərindədirr

Əfsanəvi “Beatles” qrupunun üzvü Pol Makkartnidən 1972-ci ildə oğurlanan gitarası geri qaytarılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, alət İngiltərədəki  bir ailənin evinin çardağında aşkar edilib.

50 il əvvəl oğurlanan bas gitara sahibinə qaytarılıb. 

81 yaşlı Pol Makkartnini sevənlər uzun illərdir bu gitaranın axtarışında idilər.

Gitara indi 10 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.


 

# 2361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar