Mikayıl Müşfiq
05 iyun 2024 11:47 (UTC +04:00)

Mikayıl Müşfiq

Tapılan qalıqlar Mikayıl Müşfiqə aid olmayıb - Rəsmi AÇIQLAMA

“Mikayıl Müşfiqə aid olduğu iddia edilən meyit qalıqları üzərində DNT analizləri aparılıb, həmən qalıqların ona aid olmadığı təsdiqlənib.”

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

O bildirib ki, nakam şairə aid olması ehtimal edilən aşkar olunmuş bütün sümük qalıqları üzərində DNT analizləri aparılıb: “Bu analizlərin heç biri təsdiqini tapmadı. Tapılan qalıqların heç biri Mikayıl Müşfiqə aid olmadı”.

Ədalət Həsənov onu da vurğulayıb ki, Mikayıl Müşfiqin sümük qalıqları bu günə qədər hələ aşkar edilməyib.

Qeyd edək ki, bir neçə il əvvəl Qaradağ rayonu Puta qəsəbəsində Mikayıl Müşfiqə aid olması iddia edilən meyit qalıqları aşkarlanıb.

Xatırladaq ki, bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3748

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28