Xalq artisti Tofiq Bakıxanov dəfn edildi - YENİLƏNİB
25 avqust 2026 13:18 (UTC +04:00)

Xalq artisti Tofiq Bakıxanov dəfn edildi - YENİLƏNİB

0

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edilib.

Lent.az xəbər verir ki, dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dəfndən əvvəl Xalq artisti Tofiq Bakıxanovla Təzə Pir məscidində vida mərasimi keçirilib.

Xatırladaq ki, Tofiq Bakıxanov avqustun 23-də 96 yaşında vəfat edib.

***
11:20

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib.

Lent.az xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində keçirilir.

***
 

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi 25 avqust saat 11.00-13:00-da Təzə Pir məscidində keçiriləcək.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq, Mədəniyyət Nazirliyindən bildirilib.

Dəfn mərasimi isə saat 13:30-da İkinci Fəxri Xiyabanda baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1787

Oxşar yazılar