Türkiyə folklor musiqi qrupu konsert proqramı ilə çıxış edib
24 dekabr 2012 22:40 (UTC +04:00)

Türkiyə folklor musiqi qrupu konsert proqramı ilə çıxış edib

0

Bakıda Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təşkilatçılığı ilə Yeni il tədbiri keçirilib.

APA-nın məlumatına görə, bu məqsədlə Türkiyədən Türk Musiqi Araşdırma və Tətbiqi Birliyi musiqi qrupu Azərbaycanda konsert proqramı ilə çıxış edib. Akademik Milli Dram Teatrında təşkil olunan konsertdə musiqiçilər səsli və instrumental türk musiqiləri, dini musiqilər, əsgər marşları, birliyin öz üslubundakı mahnılar səsləndiriblər.

 

Konsert proqramını Səfirlik nümayəndələri, millət vəkilləri və digər rəsmi şəxslər izləyiblər.

 

Qeyd edək ki, 4 xanım, 3 kişi və 10 saz ifaçısından ibarət Türk Musiqi Araşdırma və Tətbiqi Birliyinin bədii rəhbəri Murat Selim Tokaçdır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 689

Oxşar yazılar