Yaşayan 10 ƏN VARLI  rəssam
20 iyun 2025 15:08 (UTC +04:00)

Yaşayan 10 ƏN VARLI rəssam

Yaxınlarda Nyu-Yorkdakı ”Christie’s” hərrac evində Ceff  Konsun paslanmayan poladdan hazırlanmış “Rabbit” (Dovşan) adlı heykəli 91 milyon dollara satılaraq sağ olan rəssamın əsəri üçün yeni hərrac rekordu müəyyən edilib.

Lent.az bu münasibətlə müasir dövrün ən bahalı əsərlərinin müəlliflərini təqdim edir.

10-cu yer: Mauritsio Kattelan, “Him” – 17,2 milyon dollar

İtalyan rəssamı Mauritsio Kattelan provokativ instalyasiyaları ilə daim diqqət və tənqid hədəfinə çevrilir. Onun ən səs-küylü işlərindən biri 2001-ci ildə hazırlanmış mum fiqur – diz çökən Hitler obrazı “Him” (O), 2016-cı ildə Nyu-Yorkdakı Christie’s hərracında əvvəlcədən 10–15 milyon dollar qiymətləndirilsə də, 17,2 milyon dollara satılıb.

9-cu yer: Damien Hirst, “Lullaby Spring” – 19,2 milyon dollar

-2

Amerikalı rəssam Damien Hirstin ən bahalı əsəri nə məşhur formalində saxlanılan köpəkbalığı, nə də brilyantdan hazırlanmış kəllədir. Ən bahalı işi 2002-ci ildə yaradılmış və rəngarəng dərman kapsullarının səliqəli şəkildə düzüldüyü rəf formasında instalyasiya olan “Lullaby Spring” (Bahar Laylası) olub.

8-ci yer: Tszen Fançji, “The Last Supper” – 23,3 milyon dollar

-3

Çinli rəssam Tszen Fançjinin “The Last Supper” (Sonuncu Şam) adlı iriölçülü əsəri 2013-cü il oktyabrın 5-də Honq-Konqda Sotheby’s hərracında 23,3 milyon dollara satılaraq müasir Asiya incəsənətində rekord müəyyən edib.

7-ci yer: Peter Doig, “Rosedale” – 28,8 milyon dollar

-4

Sehrli realizm üslubunda çalışan britaniyalı rəssam Peter Doig 1991-ci ildə “Rosedale” adlı əsərini yaradıb. Bu əsər onu müasir dövrün ən varlı rəssamlarından birinə çevirib. Rəsmdə Kanada, Toronto şəhərinin Rosedale adlı rayonunda yerləşən bir ev təsvir olunub.

6-cı yer: Ed Rusha, “Smash” – 30,4 milyon dollar

-5

Amerikalı rəssam Ed Rusha 1950-ci illərdə mətn və rəng sahələri üzərində işləyərək sadə sözlərin gücünü tamaşaçıya çatdırmağa nail olub. 1961-ci ildə boz fonda sadəcə bir söz – “Smash” (Zərbə) yazılmış əsəri 30,4 milyon dollara satılıb.

5-ci yer: Jasper Johns, “Flag” – 36 milyon dollar

-6

Amerikan bayrağı Casper Consun yaradıcılığında əsas mövzulardan biridir. 1983-cü ildə yaradılmış, cəmi 30x40 sm ölçüdə olan bu əsər 2014-cü ildə Nyu-Yorkda Sotheby’s hərracında 36 milyon dollara satılıb.

4-cü yer: Tsuy Rujuo, “Ink Landscapes” – 36,5 milyon dollar

-7

Daha bir çinli rəssam – Tsuy Rujuo, “Ink Landscapes” (Mürəkkəb peyzajlar) adlı əsəri ilə 2014-cü ildə Honq-Konq hərracında 36,5 milyon dollara satılaraq siyahıya daxil olur.

3-cü yer: Gerhard Richter, “Abstraktes Bild” – 46,3 milyon dollar

-8

Alman rəssam Gerhard Riçterin “Abstraktes Bild” (Abstrakt təsvir) adlı əsəri 2016-cı ildə Londonun Sotheby’s hərracında 46,3 milyon dollara satılıb və ona siyahının bürünc yerini qazandırıb.

2-ci yer: David Hokney, “Portrait Of An Artist (Pool With Two Figures)” – 90,3 milyon dollar

-9

Britaniyalı rəssam David Hockney-in 1972-ci ildə yaratdığı “Portrait Of An Artist (Pool With Two Figures)” (Rəssamın Portreti (İki fiqurlu hovuz)) adlı əsəri 2018-ci ildə Nyu-Yorkda Christie’s hərracında 90,3 milyon dollara satılaraq böyük rezonans doğurub.

1-ci yer: Ceff Kons, “Rabbit” – 91,1 milyon dollar

-10

Ceff Kons-un 1986-cı ildə yaratdığı paslanmayan poladdan “Rabbit” (Dovşan) adlı heykəli 15 may 2019-cu ildə Nyu-Yorkdakı Christie’s hərracında 91,1 milyon dollara satılıb. Əsər mediamaqnat Samuel Irving Newhouse Jr.un şəxsi kolleksiyasında olub və müxtəlif qalereyalarda nümayiş etdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar