Bu prokurorlara ali rütbələr verildi - SİYAHI
30 sentyabr 2022 14:51 (UTC +04:00)

Bu prokurorlara ali rütbələr verildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Məmmədov Elçin Məmmədbağır oğlu – Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini

Camalov Elmar Heybət oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Məmmədov Heydər Vidadi oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini

Rəcəbov Nazim Hafis oğlu – Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi.

2. Azərbaycan Respublikası Prokurorluğunun aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilsin:

Əvəzov Nemət Yusif oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin rəisi

Əlixanov Erkin Hüseynağa oğlu – Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi.

# 3204
avatar

Oxşar yazılar