Prezident İlham Əliyev Zəfər parkında -FOTOLENT
24 iyul 2024 14:12 (UTC +04:00)

Prezident İlham Əliyev Zəfər parkında -FOTOLENT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub.

Lent.az xəbər verir ki, “PMD Projects” şirkətinin direktoru Nəriman Topçibaşev parkda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.

Qeyd edək ki, 2023-cü il sentyabrın 27-də Anım Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar. Dövlətimizin başçısı və birinci xanım burada görülən işlərlə tanış olublar.

8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.

Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.

Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.

Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.

Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.

Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.

Prezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olubPrezident İlham Əliyev Bakıda Zəfər parkında aparılan tikinti işləri ilə tanış olub

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4518

Oxşar yazılar

Azərbaycan və İran prezidentləri görüşdü

Azərbaycan və İran prezidentləri görüşdü

28 aprel 2025 , 13:50
İran prezidenti  Azərbaycana   gəldi

İran prezidenti Azərbaycana gəldi

28 aprel 2025 , 12:19
İlham Əliyev Çinə getdi

İlham Əliyev Çinə getdi

22 aprel 2025 , 15:58
Maliyyə nazirinə yeni müavinlər  təyin edildi - SƏRƏNCAM

Maliyyə nazirinə yeni müavinlər təyin edildi - SƏRƏNCAM

15 aprel 2025 , 18:03
Bu məhkəmələrə yeni hakimlər  təyin olundu

Bu məhkəmələrə yeni hakimlər təyin olundu

15 aprel 2025 , 15:52
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü keçirildi

11 aprel 2025 , 12:56
İlham Əliyev Türkiyəyə getdi

İlham Əliyev Türkiyəyə getdi

10 aprel 2025 , 14:07
"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

"USAID tamamilə korrupsiyaya uğramış bir təşkilatdır" - Prezident

9 aprel 2025 , 13:41