Eldar İbrahimov
11 mart 2025 14:24 (UTC +04:00)

Eldar İbrahimov

Prezidentdən Eldar İbrahimovla bağlı SƏRƏNCAM

Eldar Rza oğlu İbrahimov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Lent.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Eldar İbrahimov Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, martın 12-də Eldar İbrahimovun 80 yaşı tamam olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2246

Oxşar yazılar